BP 2016-cı il ərzində texniki işlərin həyata keçirilməsi üçün Azərbaycanda iki dəniz platformasında işləri dayandırmağı planlaşdırır.
Virtualaz.org-un Reuters-ə istinadən məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki rəhbəri Qordon Birrel deyib.
Onun sözlərinə görə, “Qərbi Azəri” və “Günəşli” platformalarında texniki xidmətin göstərilməsi müxtəlif vaxtlarda həyata keçiriləcək.
Bununla belə, Birrel görüləcək işlərin nə qədər vaxt aparacağını açıqlamayıb.


Şərhlər