Menu

Polis generalı istefaya göndərilib?

11.03.2016, 17:57
Polis generalı istefaya göndərilib?

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilib. Etibarlı mənbədən "AzPolitika"ya verilən məlumata görə, Həsən Şirinovun istefaya göndərilməsinin səbəbi yaş məhdudiyyəti ilə bağlı olub.

Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb.

1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib.

*****

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

O, Lent.az-a açıqlamasında deyib ki, bu xəbələr həqiqəti əks etdirmir.

Həsən Şirinov deyib ki, bütün günü işdə olub. O, istefası barədə xəbərlərin qərəzli şəkildə yayıldığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol