Menu

Suriyadan atılan iki mərmi Türkiyə ərazisinə düşüb

13.03.2016, 00:05
Suriyadan atılan iki mərmi Türkiyə ərazisinə düşüb

Suriya tərəfindən atılan mərmi Türkiyənin Kilis bölgəsinə düşüb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, mərmilərdən biri polis idarəsi və hərbçilərin kazarmaları arasındakı boş əraziyə düşüb, digəri isə partlamayaraq binanın divarına girib.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Sakinlər dərhal ərazidən təxliyə edilib. Hadisə yerində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol