Menu

Daha bir valyuta devalvasiyaya uğradı - 13%

14.03.2016, 16:56
Daha bir valyuta devalvasiyaya uğradı - 13%

Misir Mərkəzi Bankı ölkənin milli valyutası funtu 13% devalvasiya edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım ölkədə investisiya mühitini yaxşılaşdırmaq və valyuta ehtiyatlarını qorumaq məqsədilə atılıb.

Beləliklə, bundan əvvəl 1 dollara qarşı 7,73 funt olan valyuta hazırda 8,85 funta dəyişdiriləcək.

Misirin valyuta ehtiyatları 2011-ci ilin əvvəllərindən 50% azalaraq 16 milyard dollara çatıb. Hökumət devalvasiyadan sonra bu ehtiyatları 10 aya 25 milyard dollara çatdırmaq istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol