Menu

Daha bir icra başçısı özünə xanım müavin götürdü

12.03.2014, 13:17
Daha bir icra başçısı özünə xanım müavin götürdü

Azərbaycanda daha bir icra başçısı özünə qadın müavin təyin edib. Bu təyinat Tovuz Rayon İcra Hakimiyyətində gerçəkləşib.

İcra başçısı Tofiq Zeynalovun əmri ilə Təranə Bayramova icra hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

AzVision.az-a açıqlama verən T.Bayramova bildirib ki, artıq fevral ayından vəzifə başındadır.

Xatırladaq ki, icra hakimiyyətlərindəki humanitar məsələlər üzrə müavin postlarına gənc xanımların gətirilməsi ilə bağlı göstəriş Prezident Administrasiyası tərəfindən verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol