Korolyov müvəqqəti olaraq Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsini icra edir
Rusiya Hərbi Dəniz Donanmasının yeni baş komandanı bəlli olub. ANS PRESS-in məlumatına görə, yeni baş komandan Hərbi Dəniz Donanmasının qərargah rəisi vitse-admiral Nikolay Yevmenov təyin ediləcək.
Bu barədə Rusiya hərbi nazirliyində olan mənbəyə istinadən “RİA” xəbər agentliyi bildirib. Agentliyin məlumatına görə, hazırda RF Şimal Donanmasının komandanı admiralVladimir Korolyov müvəqqəti olaraq Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsini icra edir.
Bir müddət əvvəl Rusiya Hərbi Dəniz Donanmasının (HDD) baş komandanı admiral Viktor Çirkov istefa ərizəsi yazıb. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bu informasiyanı təsdiqləyib.
Bundan əvvəl yayılan məlumata görə, admiral Viktor Çirkov səhhəti ilə bağlı istefa ərizəsini fevral ayında təqdim edib. Onun ağır əməliyyat keçirdiyindən bu sahədə çalışmaqda probləmlər yaşadığı qeyd olunur.

Şərhlər