Menu

Poroşenko baş nazirliyə mümkün namizədlərin adlarını açıqlayıb

15.03.2016, 01:15
Poroşenko baş nazirliyə mümkün namizədlərin adlarını açıqlayıb

Xarici KİV-in yaydığı məlumata görə, Ukraynanın prezidenti Petro Poroşenko Arseniy Yatsenyukun yerinə baş nazirliyə mümkün namizədlərin adlarını açıqlayıb (Exo Movksı).

Prezident hesab edir ki, namizəd ya indiki mayliyyə naziri Natalya Yaresko, ya də Lvov şəhərinin meri Andrey Sadovoy ola bilər. Bu barədə məlumatı Ukrayna liderinin mətbuat katibi Svyatoslav Tseqolko yayıb. Həm də o, özünün «Feysbuk» səhifəsində yazıb ki, Yareskonun başçığılı ilə yarana biləcək mümkün hökumət texnokrat, Sadovoyun rəhbərliyi altında yarana biləcək hökumət isə siyasi hökumət olacaq. Mətbuat katibi həm də yazıb ki, parlament gücləri də özlərinin namizədlərini irəli sürə bilərlər.

Bu arada, «Samopomoş» partiyasının lideri Andrey Sadovoy nəzərə çatdırıb ki, baş nazir olmaq fikri yoxdur. O, prezidentlə görüşündən sonra jurnalistlərə deyib: «Bizim 26 deputatamız var. «Xalq cəbhəsi» var, Petro Poroşenkonun bloku var. Onlar çoxsaylı düşüncəsiz hərəkətlərə yol veriblər. İndi isə bütün məsuliyyəti bizim çiynimizə yükləmək istəyirlər».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol