Menu

"Azərsu" ASC-nin idarə rəisi işdən çıxarılıb

16.03.2016, 10:03
"Azərsu" ASC-nin idarə rəisi işdən çıxarılıb

"Azərsu" ASC-nin Bərdə Sukanal idarəsinin rəisi işdən çıxarılıb. "Report" xəbər verir ki, idarə rəisi Vilayət Zamanov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı "Report"a bildirib: "Bərdə Sukanal idarəsinin rəisi Vilayət Zamanov bu il martın 10-da öz ərizəsi ilə işdən çıxıb. İdarəyə hələ ki, yeni rəis təyinatı olmayıb. İdarə rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini Şəmil Əliyev icra edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol