“İlqar Məmmədov hər kəsə çatdırmağı xahiş etdi ki, heç bir əfv sənədini imzalamayacaq”. Bunu REAL hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlı “Feysbuk” hesabında yazıb.
REAL hərəkatının lideri İlqar Məmmədov İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub. Martın 11-də o, Şəki Ağır Cinayətlər Məhkəməsində son sözlə çıxış edib (dövlət ittihamçısı İlqar Məmmədova 8 il iş istəyib).
“Media forum” saytı xəbər verir ki, Azər Qasımlı dünən məhkəmədə İlqar Məmmədovla görüşüb: “Ətraflı söhbət etməyə imkan vermədilər. İlqar bəy qeyd etdi ki, əfv müraciətini ondan gözləməsinlər. Özünü gümrah hiss edir. Bütün dostlara salamları var”.

Şərhlər