Menu

Martın 20-də Avropa İttifaqı ilə Türkiyə arasında saziş qüvvəyə minir

18.03.2016, 23:45
Martın 20-də Avropa İttifaqı ilə Türkiyə arasında saziş qüvvəyə minir

Avropa İttifaqı ilə Türkiyə arasında miqrantlarla bağlı saziş martın 20-dən qüvvəyə minəcək.Virtualaz.org xəbər verir ki, Çexiyanın Avropa məsələləri üzrə naziri Tomas Prouza bununla bağlı “Twitter”dəki mikrobloqunda xəbərlə paylaşıb.

Tvitdə deyilir: “Avropa Komissiyası Türkiyə ilə razılaşmaları dəstəklədi. Saziş bazar günündən etibarən qüvvəyə minir”.

Brüsseldə Avropa İttifaqı - Türkiyə sammiti keçirilir. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun planının təsdiqlənəcəyi gözlənilirdi.

Qeyd edək ki, bu planın əsas prinsipləri martın 7-də razılaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol