Menu

​Özbəkistan Qırğızıstan ilə sərhədə qoşun yeridib

19.03.2016, 08:58
​Özbəkistan Qırğızıstan ilə sərhədə qoşun yeridib

Özbəkistan ən azı iki sərhəd-buraxılış məntəqəsində Qırğızıstandan ölkəyə girişi birtərəfli qaydada dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Özbəkistan martın 18-də Qırğızıstanla mübahisəli Ala-Buka rayonu ərazisinə onlarla əsgər, iki BTR və iki hərbi yük maşını yerləşdirib.

Öz növbəsində, Qırğızıstan üç sərhəd-buraxılış məntəqəsində Özbəkistandan ölkəyə girişi bağlayıb, həmçinin özbək sərhədçiləri ilə danışıqlar aparmağa təşəbbüs göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol