Menu

Yükdaşıma qiymətlərində bahalaşma

19.03.2016, 19:56
Yükdaşıma qiymətlərində bahalaşma

Ötən ilin eyni dövrünə nisbətən bu ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda yükdaşıma qiymətləri 51.4 faiz bahalaşıb.

Xəbəri Dövlət Statistika Komitəsi yayıb.

Bununla belə, bu ilin fevralında yanvar ayı ilə müqayisədə yükdaşıma qiymətlərinin 0.9 faiz ucuzlaşdığı bildirilir. Habelə, boru nəqliyyatı ilə neft və qazın nəql olunma qiymətlərinin də təqribən 1 faiz ucuzlaşdığı qeyd edilir. Bundan başqa, beynəlxalq hava nəqliyyatında 1.7, dəmiryol nəqliyyatında 0.6, dəniz nəqliyyatında 0.3, avtomobil nəqliyyatında isə yükdaşıma 0.5 ucuzlaşıb.

Yerli əlaqə üzrə isə yükdaşıma qiymətlərində dəyişiklik baş vermədiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol