Xarici KİV-in məlumatına görə, Latviyanın hava məkanının yaxınlığında Rusiya hərbi təyyarəsi qeydə alınıb. Bu bəyanatla ölkənin Milli Silahlı Qüvvələri (MSQ) çıxış edib (TASS).
«Baltik dənizinin neytral suları üzərində - Latviya sərhədlərinin yaxınlığında ölkənin partul təyyarələri iki gün dalbadal Rusiya HHQ-ə məxsus İl-20 təyyarəsini identifikasiya ediblər» - deyə, ölkənin MSQ məlumatında deyilir.
Latviya müdafiə nazirliyinin versiyasına görə, Rusiyanın hərbi təyyarələri və gəmiləri 2015-ci ildə Latviyanın sərhədlərinə 270 dəfə, 2014-cü tldə isə 250 dəfə yaxınlaşıblar.
Rusiyanın Latviyadakı səfiri Aleksandr Veşnyakov bəyan edib ki, Rusiya təyyarələrinin «bütün uçuşları və hərbi gəmilərinin hərəkəti ciddi şəkildə beynəlxalq normalara uyğun olaraq, silahlı qüvvələrin təlimləri isə beynəlxalq razılaşmalar və müqavilələr çərçivəsində şəffaf şəkildə həyata keçirilir».
AzPolitika.info


Şərhlər