“Suriya kampaniyası artq öz bəhrəsini verir”
Vladimir Putin deyir ki, qarşıya qoyulan məqsədə nail olunduğu üçün, o, Rusiya qoşunlarını Suriyadan çıxarır. Bəs, Putinin bu bəyanatına necə yanaşmaq lazımdır?
Hazırda Bəşər Əsəd rejiminin qorunması, Rusiyanın Yaxın Şərqdə təsir imkanlarının yüksəlməsi, beynəlxalq arenadakı nüfuzunun qaytarılması və Rusiya sərhədləri daxilindəki islamçı ekstremistlərə güclü siqnalın göndərilməsi kimi məsələlərin həyata keçirilməsi, hələ ki, açıq qalır.
Bundan başqa, Rusiyanın digər bir cəbhədə - öz hərbi gücünün potensial düşmənlərinə, müttəfiqlərinə və silah alıcılarına nümayiş etdirilməsindəki uğurlarından danışılması da tezdir. “New-York Times” qəzetinə verdiyi müsahibədə Hərbi Hava Qüvvələrinin istefada olan generalı Devid Deptula bildirb: ”Əslində Rusiya Suriya müdaxiləsindən öz silahlarını sınaqdan keçirmək məqsədilə istifadə edir”.
Rusiya silahlı qüvvələri Əfqanıstan müharibəsindən bu tərəfə, belə bir miqyasdakı münaqişədə iştirak etməyb. Bu müddət ərzində müəyyən dərəcədə əhəmiyyət kəsb edən münaqişə 2008-ci ildəki beş günlük Gürcüstan münaribəsi olub. Həmin kampaniya siyasi uğur gətirsə də, Kreml ordusu zəif rəqiblə döyüşdə özünü heç də inamlı aparmamışdı.
Bundan başqa, onun kəşfiyyatının fəaliyyəti effektsiz çıxmışdı. Rus ordusu daima sığınacaqlara çəkilmək məcburiyyətində qalırdı və gürcülərin hava hücumundan müdafiə zərbələri nəticəsində altı təyyarə itirmişdilər.
Rusiya tankları kifayət qədər möhkəm deyildi və gecə döyüşlərinin aparılması üçün çox pis təchiz olunmuş vəziyyətdə idi. Hətta, şayiələr gəzirdi ki, rus hərbçiləri öldürülmüş gürcü əsgərlərinin zirehli gödəkçələrini çıxarıb geyinirmişlər. Çünki bu zirehli gödəkçələr Rusiya əsgərlərininkindən daha təhlükəsizmiş.
Reabilitasiya olunmaq üçün, cəmi yeddi il ərzində rusiyalılar böyük işlər gördülər. Rusiyanın “Su-24” bombardmançı və “Su-25” hücum təyyarələri Suriyada bir ay ərzində 1000 dəfədən artıq döyüş uçuşu həyata keçiriblər ki, bu da onların uçuş heyətinin yüksək hazırlıq keçdiyini və maddi-tüxniki təchizatın isə yaxşı vəziyyətdə olmasının sübutudur. O ki qaldı zərbələrin dəqiqliyinə, hələlik GPS sistemlərinin təkmiləşdirilməsi və effektivliyi barəsində nə isə demək çətindir. Ona görə ki, Rusiya təyyarələri əsas etibarı ilə əhalinin məskunlaşdığı rayonlarda sərbəst düşən bombalardan və kaset bombalarından istifadə edirdi.
Rusiya, həmçinin özünün yeni “Mi-35M” vertolyotlarının bəzi imkanlarını da nümayiş etdirib.

Həyəcanlı siqnal isə noyabr ayında, Amerika istehsalı olan “F-16” təyyarəsi tərəfindən “Su-24” bombardmançısının vurulması oldu. Həmin hadisədə xeyli saydakı ziddiyyətləri nəzərə alsaq, hər hansı birmənalı nəticə çıxarmaq hədsiz çətin olar. Lakin əminliklə demək olar ki, Rusiyanın yaxın döyüş üçün nəzərdə tutulmamış “Su-24” təyyarəsi ilə müqayisədə “F-16” böyük üstünlüyə malikdir.
Rusiya özünün intelektual potensiala malik olan silahını da nümayiş etdirdi. Oktyabr ayında rusiyalılar Xəzər dənizində yerləşən “Buyan M” sinfindən olan korvetdən 26 ədəd qanadlı raketlər buraxdı. Düzdür, Qərb ekspertləri bildirirlər ki, həmin raketlərdən bir neçəsi öz hədəfinə çatmayaraq, İran ərazisində yerə düşüb. Ancaq bu cür kiçik gəmilərin çox mürəkkəb raket sistemi “Kalibr-NK” ilə təchiz edilməsi faktı bir çoxlarında şok yaratmışdı.
Dekabr ayında Stels sistemi ilə təchiz olunmuş və Aralıq Dənizindəki “Rostov Don” sualtı qayığından buraxılan qanadlı raketlər İŞİD-in faktiki paytaxtı olan Rakka şəhəri yaxınlığındakı hədəflərə zərbələr vurdu.
Əgər nəzərə alsaq ki, dəniz bazasında yerləşdirilmiş raket sistemləri, təyyarədən atılan bombalara nisbətdə xeyli bahalıdır, onda belə güman etmək olar ki, bu əməliyyatların əsl məqsədi Vaşinqtona siqnal göndərməkdən ibarət olub.
Digər tərəfdən, Rusiya Suriyaya bir neçə ağır texnika yollayıb ki, bu da hələ əvvəldən bəlli idi ki, onlardan istifadə olunmayacaq. Kreml Suriya sahillərinə “Moskva” raket kreyseri göndərib və Latakiyadakı bazaya uzun və orta mənzilə malik olan ”S-400” raketləri yerləşdirib. Bu cür sistemlərin yerləşdirməsi maraq doğururdu. Bir çoxlarına bunlar özünü doğrultmayan tədbir kimi görünürdü. Çünki nə suriyalı müqavimət qüvvələrində, nə İŞİD-də, heç bir ədəd belə təyyarə yoxdur. Amma Rusiyanın əsas məqsədi ABŞ-a öz gücünü göstərməkdi.
Suriya kampaniyası Rusiyanın artan silah satışı həcminə təsir göstərmir. Moskvaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, Rusiyanın dünya silah satışındakı payı 25%, Amerikanınki isə 33%-dir. Bəzi şayiələrə görə Moskva demək olar ki, özünün əsas silah alıcısı olan Hindistanın 7 milyard dollar həcmində silah almasına nail olub. Həmin müqaviləyə əsasən, Rusiya Hindistana “S-400” sistemləri və o cümlədən hazırda yığılması davam edən “Admiral Qriqoroviç” sinfindən olan üç freqat və digər silahlar satmağı nəzərdə tutur. Bu iki dövlət uzun müddətdir ki, müştərək şəkildə yeni nəsil bombardmançı təyyarələrin yaradılması məsələsini də müzakirə edirlər.

Keçən ilin yayında Hindistanın düşməni olan Pakistan silah alışı ilə bağlı Rusiya ilə ilk dəfədir ki, sövdələşməyə gedib. Əgər ABŞ Konqresindəki Respublikaçılar qrupu bombardmançıların İslamabada satılmasına əngəl qoyarlarsa, onda Rusiya ilə Pakistan arasında yeni müqavilələr də imzalana bilər.
Lakin ABŞ və onun Yaxın Şərq müttəfiqlərini daha çox Moskvanın İran ilə qurduğu sıx əlaqələri narahat edir. İranın nüvə silahı ilə bağlı müqavilənin imzalanmasından sonra, Rusiya ən müasir hava hücumundan müdafiə sistemlərinin və həmçinin də “Su-30” təyyarələrinin, əsas döyüş tanklarının İrana satılması barəsində özünün Tehrana verdiyi sözü yerinə yetirmək qərarına gəlib.
Konqresdəki Respublikaçılar, Barak Obama administrasiyasını bütün bu cür sövdələşmələri BMT-nin sanksiyalarının köməyi ilə əngəlləməyə məcbur etmək istəyirlər. Amma silah satışı məsələsindəki uzunmüddətli perspektivdə Moskva ilə Tehran arasındakı əlaqələrin möhkəmlənəcəyinə heç bir şübhə yoxdur.
(Bloomberg)

Şərhlər