Martın 12-də Krım tatarlarının lideri Mustafa Jemilev martın 16-da keçiriləcək referendumun nəticələrini tanımayacaqlarını Rusiya prezidenti Vladimir Putin-in diqqətinə yetirib. Mustafa Jemilev görüş barədə təəssüratını Azadlıq Radiosuna bölüşüb:«Rus əsgərlərinin bizim torpaqlarımızdan çıxması, Ukraynanın ərazi bütövlüyünün qorunması haqqında fikirlərimi söylədim. Putin dedi ki, Krımda referendum keçiriləcək. Qərar nə olsa, ona görə hərəkət edəcəyik. Mən də dedim ki, bu referendum hüquqi deyil. Biz Krımın köklü xalqı olaraq qətiyyətlə buna qarşıyıq».
«PUTIN DEDİ Kİ...»

Söhbət zamanı Putin Ukraynanın 1991-ci ildə müstəqilliyini elan etməsinin SSRİ-dən çıxmaq prosedurlarına bir o qədər uyğun gəlmədiyini bildirib: «Mən Krım yarımadasının Ukraynadan qoparılmasına qarşı olduğumu söylərkən, Putin dedi ki, əslində 1991-ci ildə Ukraynanın SSRİ-dən ayrılması proseduru bambaşqaydı. Ancaq belə oldu, ayrıldı. Dedi ki, hər zaman prosedurlara görə olmur. Çünki mən ona 1994-cü ildə imzalanmış protokolu xatırlatdım. Dedim, bu baş verənlər doğru deyil. O da cavabında bunu xatırlatdı».
«UKRAYNAYA QARŞI OLAN TƏHLÜKƏ BÜTÜN POSTSOVET ÖLKƏLƏRİNƏ YÖNƏLİB»

«Avrasiya İttifaqına hansı don geyindirilsə də, əslində, bu, SSRİ-nin yeni modelidir. Sovet imperiyasının başqa bir variantıdır. Ona görə də indi Moskvanın Ukraynaya qarşı hərtərəfli müdaxiləsi çox ciddi sayılmalıdır. Artıq Kreml yaxın tarixi də təftiş edir, SSRİ-nin dağılmasına da şübhəli yanaşır, Ukraynanın SSRİ-dən çıxmasında qüsurlar axtarır. Bu yanaşmanı sabah həm Azərbaycana, həm də Moldovaya, Gürcüstana, başqa postsovet re
«RUSİYANIN DAYANDIRILMAMASI BÖLGƏYƏ BÖYÜK FƏLAKƏT YAŞADA BİLƏR...»

SSRİ 1991-ci ildə dağılıb. Daha sonra keçmiş ittifaqın 12 respublikası - Rusiya, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olub. 2008-ci ildə – Gürcüstan Rusiyanın hərbi təcavüzünə məruz qalandan sonra bu qurumdan çıxıb. Bu günlərdə Ukrayna da MDB-dən çıxmaq niyyətində olduğunu açıqlayıb.


Şərhlər