Menu

SOCAR Acarıstanı qazsız qoydu

29.03.2016, 08:58
SOCAR Acarıstanı qazsız qoydu

“SOCAR Gas Georgia” martın 29-dan aprelin 3-dək Acarıstanın (Gürcüstanın Muxtar Respublikasının) qaz təchizatını dayandırır. “APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, buna səbəb Kobuleti-Batumi magistral avtomobil yolunda aparılan təmir işləridir.

“SOCAR Georgia Gas” abonentlərindən üzr istəyir. Əhalidən olduqca diqqətli olmağı xahiş edirik. Bu müddət ərzində regional ofislərimiz 24 saatlıq rejimdə çalışacaq”, - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol