"EgyptAir" aviaşirkətinə məxsus qaçırılmış təyyarənin bütün sərnişinləri azad edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində yalnız ekipaj üzvləri və daha 5 nəfər qalıb.
Azad olunan sərnişinlər artıq layneri tərk edib və təhlükəsiz yerə aparılıb.
* * *
Misirə məxsus A320 təyyarəsini qaçıraraq Kiprin Larnaka hava limanına enməsini tələb edən şəxs sərnişinlərin təyyarədən çıxmasına icazə verib.
APA-nın məlumatına artıq 20 qadın və bir uşaq təyyarəni tərk edib.
Təyyarənin qaçıran şəxsin tələbinin nədən ibarət olduğu hələlik məlum deyil.
Kipr hüquq-mühafizə orqanların onunla danışıqları davam etdirirlər.
Qeyd edək ki, naməlum şəxs İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin Cənubi Kiprin Larnaka hava limanına endirilməsini tələb edib.
Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.
Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.

Şərhlər