Neft qiymətləri üçün mühüm bir hadisə baş verib.
İranın Dohada keçiriləcək konfransda iştirak edəcəyi, ancaq neft hasilatının dondurulmasına qatılmayacağı açıqlanıb.
Neftdə hasilat səviyyəsinin dondurulması təklifi Aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək iclasda müzakirə olunacaq.
İran daha öncə iclasda iştirak etməyəcəyini açıqlamışdı.
Brent nefti bu dəqiqələrdə 40 dollardan aşağı qiymətlərə alıcı tapır.
OPEC-in Baş Katibi Abdalla El-Badri, Vyanada 21 Martda keçirdiyi mətbuat konfransında Qətərin paytaxtı Dohada 17 Apreldə keçiriləcək neft hasilatın dondurulmasına dair toplantıya 15 - 16 ölkənin iştirak edəcəyini söyləmişdi. El-Badri, bütün OPEK ölkələrinin toplantıya dəvət edildiyini, ancaq hamısının qatılmayacağını və İranın isə bu toplantıya qatılıb qatılmayacağını bilmədiyini bildirmişdi.
Liviya da toplantıya qatılmayacağını açıqlayıb. /"Marja"


Şərhlər