Menu

Beş banka 28 milyon dollar satıldı

30.03.2016, 13:09
Beş banka 28 milyon dollar satıldı

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "APA-Economics"ə verilən məlumata görə, ARDNF tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 28,35 milyon ABŞ dolları məbləğində vəsait 5 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol