Rusiya KİV-nin məlumatına görə, ABŞ Novreçlə birlikdə bu ölkənin şimalında - Rusiya sərhədi yaxıqlığında (Varde şəhəri) yeni və güclü radar sistemi qurmaq fikrindədir. Yeni radarın tikinti işlərinə 2017-ci ildə başlanacağı və 2020-ci ildə başa çatacağı planlaşdırılır. Bu barədə kəşfiyyat xidmətindəki mənbəyə istinadla, Norveçin yayım şirkəti xəbər verib (TASS).
Norveç jurnalistlərinin yazdıqlarına görə, ölkənin hərbi kəşfiyyat idarəsinin başçısı, general-leytenant Morten Haqi Lundenin son bəyanatlarından aydın olur ki, yeni radarın qurulması işlərinə 2017-ci ildə başlanacaq və 2020-ci ildə sona çatdırılacaq. ABŞ müdafiə nazirliyinin açıq büdcə sənədlərində qeyd olunur ki, hələ 1990-cı illərdən Varde şəhərində istismar olunan «Qlobus-2» ABŞ radarının modernizə olunmasına bu il 100 milyon dollardan artıq vəsait sərf olunacaq. Yeni RLS gələcəkdə həmin köhnə radarı əvəz edəcək, amma müəyyən müddət ərzində onların ikisi də fəaliyyət göstərəcək.
1980-ci illərdən üzübəri ABŞ və SSRİ (Rusiya) dipllomatları arasında mübahisələrə səbəb olan «Qlobus-1» və «Qlobus-2» radar sistemləri potensial olaraq, Rusiyanın qitələrarası ballistik raketlərinin atılmasını, uçuşlarını izləmək və Rusiyanın Şimal donanmasının fəallığı üzərində müşahidə aparmaq qabiliyyətinə malikdir.
AzPolitika.info


Şərhlər