Menu

Mitinq Komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı

20.09.2013, 20:25
Mitinq Komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Mitinqin keçirilməsi üzrə Komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

APA-nın xəbərinə görə, bunu Mitinq Komitəsinin üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

G. Asalanlı deyib ki, paytaxt Polis İdarəsinin yüksək rütbəli zabitləri ilə keçirilən görüşdə o özü və AXCP sədrinin müavini Asəf Quliyev iştirak edib.

İdarədə Milli Şuranın sentyabrın 22-də keçirəcəyi mitinqdə sabitliyin qorunmasına diqqət yetirilməli olduğu Mitinq Komitəsi üzvlərinin nəzərinə çatdırılıb.

G. Aslanlı bildirib ki, görüşdə mitinq təşkilatçıları da öz təkliflərini veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol