Menu

Hakim ​Baş Prokurorluğun apellyasiya protestini təmin etmədi

01.04.2016, 10:12
Hakim ​Baş Prokurorluğun apellyasiya protestini təmin etmədi

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi yerindən qaçmaqda təqsirləndirilən Cəmaləddin Həsənov barəsindəki hökmdən Baş Prokurorluq tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2015-ci ilin may ayında metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib. C.Həsənov Cinayət Məcəlləsinin 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə təqsirləndirilib.

2016-cı ilin yanvar ayının 8-də Nizami Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Cəmaləddin Həsənov barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol