Menu

Narkotik qaçaqmalçısı polis bölməsində 3 polisi öldürdü

01.04.2016, 14:52
Narkotik qaçaqmalçısı polis bölməsində 3 polisi öldürdü

İranda narkotik qaçaqmalçısı polislərə atəş açıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə İranın Fars əyalətinin Kazerun şəhərində baş verib. Narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə saxlanılan və 11 saylı polis bölməsinə gətirilən şəxs istintaq zamanı polisin silahını ələ keçirib və atəş açıb.

Onun açdığı atəş nəticəsində 3 polis həlak olub bir nəfər yaralanıb. Atışma zamanı həmin şəxs də yaralanıb və zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol