Menu

Şəhid zabitlərimiz dəfn olunur - Salyan və Naxçıvanda

05.04.2016, 08:59
Şəhid zabitlərimiz dəfn olunur - Salyan və Naxçıvanda

Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun baş leytnantı Mehdiyev Rəşid Rövşən oğlu qəhrəmancasına həlak olub.

Virtualaz.org bildirir ki, o, 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Şəhidin tabutu artıq doğma kəndinə gətirilib. Dəfn mərasimi bu gün saat 10-da kənd qəbiristanlığında olacaq.

Dünən cəbhənin Füzuli istiqamətində şəhid olan zabitimz Rasim Məmmədov bu saatlarda dəfn olunacaq. Onun cənazəsi gecə doğulduğu Naxçıvan MR-in Cəhri kəndinə aparılıb. Naxçıvan öz şəhidini qürurla qarşılayıb! Minlərlə adam Naxçıvan aeroportuna toplaşıb, Qarabağla bağlı şüarlar səsləndirib.

R.Məmmədovun cənazəsi bu saatlarda torpağa tapşırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol