Menu

Ukrayna Rusiya desantının qarşısını alıb-VİDEO

16.03.2014, 10:26
Ukrayna Rusiya desantının qarşısını alıb-VİDEO

Ukrayna ordusu Xerson vilayəti ərazisinə Rusiya silahlı qüvvələrinin desant çıxarmasının qarşısını alıb.

Bu haqda xəbər verən Ukrayna rəsmiləri iddia edirlər ki, hadisə Krım yaxınlığında, Arbatskaya strela adlanan yarımadada baş verib.

Hərbi-siyasi tədqiqatlar mərkəzinin rəhbəri Dmitiriy Tymchuk bildirir ki, geri çəkilən Rusiya hərbçiləri hələ də Xerson vilayəti ərazisində, separatçılarla Ukrayna rəsmi hökumət qüvvələrini ayıran sərhəd xəttinin Ukrayna tərəfindədirlər.

Ukrayna Xarici işlər nazirliyi insidentlər bağlı Rusiyaya kəskin nota verərək bildirib ki, Rusiyanın öz ərazisinə müdaxiləsinin qarşısını almaq üçün Ukrayna bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol