Menu

İşğaldan azad olunan “Lələ Təpə” - FOTOLAR

07.04.2016, 15:46
İşğaldan azad olunan “Lələ Təpə” - FOTOLAR

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ Təpə" adlandırılan yüksəklik 23 ildən çoxdur ermənilərin işğalı altında idi. Lakin bir neçə gündür ki, Azərbaycan ordusu həmin ərazini erməni işğalından azad edib.

Ermənilər ərazi işğaldan azad edilənə qədər həmin yüksəklikdən Füzuli rayonunun Horadiz şəhəri başda olmaqla Füzulinin bütün yaşayış məntəqələrini, o cümlədən Azərbayacan Odusunun mövqelərini açıq-aydın müşahidə edirdilər. Bu da onlara istənilən vaxt seçdikləri mövqelərə atəş açmağa imkan verirdi.

Artıq düşmənin bütün mövqeləri Azərbaycan Ordusunun müşahidəsi altına keçib və düşmən təhlükəsindən qorunur.

"Report" "Lələ Təpə" yüksəkliyi və yüksəkliyin ətrafından hazırladığı fotoreportajı təqdim edir:

[gallery columns="5" size="full" ids="206069,206070,206071,206072,206073"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol