Rusiyanın Stavropol diyarının Novoselsk rayonunda polis bölməsinin yaxınlığındakı binada 5 dəfə partlayış olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda yerli güc strukturları məlumat yayıb.
Məlumata görə, binanın yaxınlığında 3 terrorçu-kamikadze özünü partladıb. Partlayış nəticəsində terrorçular ölüb.
Başqa xəsarət alanlar barədə məlumat hələ yayılmayıb.
Rusiyanın Stavropol şəhərinin Novoselitski rayon polis idarəsinin qarşısında özlərini partladan üç kişinin şəxsiyyəti müəyyənləşib. Oxu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi saytında məlumat verilir.
Saytda yerləşdirilən məlumata əsasən, onlar 1983-cü il təvvəllüdlü Zaur Akayev, Ramazan Xaybulayev (1991) və İsay Abdulatipovdur (1996).
İstintaq müəyyən edib ki, Zaur Akayev əvvəllər Kitayevsk kənd sakinini qətlə yetirdiyi üçün məhkum olunmuşdur.


Şərhlər