Menu

Yerevandakı Rusiya səfirliyi yumurta atəşinə tutulub - VİDEO

14.04.2016, 11:33
Yerevandakı Rusiya səfirliyi yumurta atəşinə tutulub - VİDEO

Ötən gün axşam Ermənistanda yüzlərlə insan Rusiyanın Azəırbaycana silah satmasına etiraz əlaməti olaraq Yerevandakı rus səfirliyinin qarşısında aksiya keçirib.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılar “Rus qoşunları Ermənistandan rədd olsun!”, “Siz müttəfiq deyilsiniz!” və s. şüarlarla səfirliyin qarşısına toplaşıblar.

Mitinq təşkilatçıları polis kardonlarının əhatəsində olmasına baxmayaraq, səfirliyin binasına bir neçə dəfə yumurta da tullaya biliblər.

Lakin hadisə yerində sayları get-gedə çoxalan asayiş keşikçiləri aksiyanı qısa müddətdə dağıdıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol