Menu

Azərbaycan əhalisinin gəlirləri artıb? - Rəsmi statistika

15.04.2016, 13:00
Azərbaycan əhalisinin gəlirləri artıb? - Rəsmi statistika

Azərbaycanda bu ilin birinci rübündə ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9% artıb.

“Report”un Dövlər Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin gəlirləri 10 303,5 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1 073,5 manat və ya ayda 357,8 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 81%-i son istehlak xərclərinə, 9,7%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,3%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7%-i isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 9 304,1 mln. manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol