Menu

​ABŞ-ın müdafiə naziri İraqa səfər edib

18.04.2016, 13:13
​ABŞ-ın müdafiə naziri İraqa səfər edib

ABŞ-ın müdafiə naziri Eşton Karter elan olunmadan İraqın paytaxtı Bağdada səfər edib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, o, İraqın baş naziri Heydər əl-İbadi, müdafiə naziri Xalid əl-Übeydi ilə görüşəcək.

İnformasiyaya əsasən, tərəflər arasında ABŞ-ın İraqa hərbi yardımı, terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyatlarda amerikalı əsgərlərin iştirakı məsələsi də müzakirə ediləcək.

Qeyd edək ki, Eşton Karterin səfəri ərəfəsində Ağ evin İraqa əlavə hərbi qüvvə göndərəcəyi ilə bağlı məlumat yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol