Menu

NATO-nun baş katibi Krımın Rusiyaya birləşdirilməsini pisləyib

19.03.2014, 09:59
NATO-nun baş katibi Krımın Rusiyaya birləşdirilməsini pisləyib

NATO-nun baş katibi Anders Foq Rasmussen Krımın Rusiyaya birləşdirilməsini pisləyib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Rasmussen qeyd edib ki, Rusiya tərəfi beynəlxalq hüquqa uyğun addım atmaq kimi çağırışlara məhəl qoymayaraq, çox təhlükəli yolla gedir. Onun sözlərinə görə, Rusiyanın bu yolda atılacaq sonrakı addımları onun beynəlxalq miqyasda təcrid olunmasını gücləndirəcək.

Qeyd edək ki, bundan əvvəl Rasmussen Krımda keçirilmiş referendumu qeyri-legitim sayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol