Respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edib, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzuna və demokratik imicinə xələl gətirmək istəyən şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında nazirliyin əməkdaşları tərəfindən Bakı şəhər sakinləri - “Mozalan” jurnalının məsul katibi Ramil Muradov və “Dövlət və ictimai fikir” qəzeti ilə “Obyektiv xəbər.com” saytının baş redaktoru Çingiz İbadov göstərəcəkləri xidmətin müqabilində konkret vətəndaşdan Xırdalan şəhərində razılaşdıqları 4000 manatlıq məbləğin 1300-nü və sənədlərinin surətlərini alarkən saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Şərhlər