Menu

Neftin qiyməti 46 dollara yaxınlaşır

20.04.2016, 22:18
Neftin qiyməti 46 dollara yaxınlaşır

Küveytdə neft sənayesi işçilərinin tətili dayandırması xəbəri, gözlənildiyinin əksinə olaraq, neftin bahalaşması prosesini dayandıra bilmədi.

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 21:48-ə oilan məlumata əsasən, dünya birjalarında Brent markalı neftin iyun fyuçersinin 1 barreli 45,51 dollara satılıb.

Bu göstərici çərşənbə günü səhər qeydə alınmış rəqəmdən 1,48 dollar, yaxud 3,36% çoxdur.

Ekspertlərin fikrincə, neftin qiymətinin hazırda müşahidə olunan artımı daha çox spekulyativ xarakter daşıyır və heç bir obyektiv amilə əsaslanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol