22.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5074 səviyyəsində müəyyən olunub. Bu barədə Mərkəzi Bankdan bildirilib.
Aprelin 21-də USD/AZN rəsmi məzənnəsi 1,5128 səviyyəsində olub.
Xatırladaq ki, Martın 11-də USD/AZN rəsmi məzənnəsi 1.6456 səviyyəsinədək çıxmışdı.
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 2,9 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satılmışdır.
Hərracda tələbin təklifdən dəfələrlə az olması ilə əlaqədar olaraq, dolların manat qarşısında ucuzlaşacağı gözlənilirdi.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

Şərhlər