Menu

Azərbaycanda Sahibkarlar Günü təsis edilib

21.04.2016, 19:06
Azərbaycanda Sahibkarlar Günü təsis edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənəd ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə imzalanıb.

Sərəncamla hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol