Prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması ilə bağlı martın 17-də verdiyi sərəncamla bağlı daha bir şok fakt ortaya çıxıb. Məlum olub ki, ölkənin rəsmi dövlət kanalı olan AzTV prezident İlham Əliyevin sərəncamını verməyib. Belə ki, həmin gün ( 17 mart) bir sıra mühüm sərəncamlar imzalayan dövlət başçısının verdiyi qərarlar televiziyanın əsas xəbər bülletenində səsləndirilsə də, məlum sərəncamla bağlı bir cümlə belə məlumat efirə getməyib.
Bunun hansı səbəblə edildiyi haqda hələlik heç bir bilgi yoxdur. Ancaq müəyyən ipucuları da var. Belə ki, dünən “Qafqazinfo” Elnur Aslanovun ən yaxın silahdaşı Orxan Əkbərovla bağlı məlumat dərc etmişdi. Həmin məlumatı araşdırarkən məlum olmuşdu ki, ASAİF-in həmtəsisçisi, Elnur Aslanovun əsas kadrlarından biri sayılan Orxan Əkbərov, həm də AzTV sədri Arif Alışanovun kürəkənidir. Belə çıxır ki, nurçular və onların ideyaları AzTV-də də hakim mövqeyə çevrilib. Əks halda ölkənin rəsmi dövlət kanalı olan AzTV prezidentin sərəncamını hansı cəsarətlə efirə verməyə bilərdi?(Qafqazinfo)

Şərhlər