Menu

Yerevandakı avtobus partlayışında terror ehtimalı - YENİLƏNİB

26.04.2016, 15:54
Yerevandakı avtobus partlayışında terror ehtimalı - YENİLƏNİB

"Yerevanda 63 saylı marşrut avtobusunu iki dəfə məhkum olunmuş Ermənistan vətəndaşının partlatdığı ethimal edilir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Xidməti bildirib.

Məlumata görə, partladılan avtobusun yaxınlığından cib telefonu kartı aşkar edilib. Həmin kartın əvvəllər iki dəfə məhkum edilən Ermənistan vətəndaşına məxsusu olduğu müəyyənləşib. Həmin şəxsin yaşadığı mənzildə aparılan axtarış zamanı oradan "trotil" partlayıcı maddə, detonator və müxtəlif elektron avadanlıq aşkar olunub. İddiaya görə, həmin "trotil"in izi partlayan avtobusda aşkarlanıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölənlərdən birinin kimliyi məlumdur. O birinin isə telefon kartının sahibi olduğu ehtiimal olunur. DNT testi etmək üçün həmin cəsəddən nümunə götürülərək, laboratoriyaya göndərilib.

Hadisənin törədilməsinin səbəbi araşdırılır. Bəzi məlumatalara əsasən,hadisə şəxsi motovdə törədilib. Partlayışı törədən bununla yaxınlarına maddi ziyan vurmaq istəyib.

* * *

Yerevanda avtobusda partlayış sərnişinlərdən birinə məxsus əşyanın detonasiyası nəticəsində baş verib.

"Report" "panarmenian" agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın polis rəisi Vladimir Qasparyan bildirib.

O əlavə edib ki, partlayışın qaz və ya dizel yanacağı ilə heç bir əlaqəsi yoxdur.

TASS-ın məlumatına görə, istintaq terror aktını inkar edib.

Qeyd edək ki, Yerevanda 63 saylı marşrut avtobusunun partlaması nəticəsində 2 nəfər ölüb, ikisi uşaq olmaqla 7 nəfər yaralanıb. Ermənistanın səhiyyə naziri bildirib lki, hazırda yaralılar xəstəxanadadır və onların səhhəti stabildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol