Menu

Türkiyə ordusu 11 İŞİD silahlısını məhv edib

27.04.2016, 00:39
Türkiyə ordusu 11 İŞİD silahlısını məhv edib

 Türkiyə ordusu Suriya ilə həmsərhəd Kilis şəhərinə raket zərbələri endirməyə hazırlaşan İŞİD terrorçularını zərərsizləşdirib.

APA TV- nin məlumatına görə, türk ordusuna məxsus T-155 "Fırtına" özüyeriyən artilleriya sistemi İŞİD-in uzaq mənzilli raket atan hərbi texnikasını vuraraq sıradan çıxarıb. Eyni zamanda əraziyə yaxın 3 mərtəbəli yaşayış binası da Türkiyə ordusu tərəfindən vurulub. Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, vurulan binada terroristlər məskunlaşıbmış.

Hadisə nəticəsində ümumilikdə 11 terrorçu öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol