Menu

"Bakı Sığorta"nın rəhbəri işdən çıxıb

28.04.2016, 12:56
"Bakı Sığorta"nın rəhbəri işdən çıxıb

"Bakı Sığorta" ASC-nin İdarə Heyətinin sədri Ramil Ağayev işdən çıxıb.

Bu barədə "APA-Economics"ə sığorta sektorunun iştirakçılarından məlumat daxil olub.

Ramil Ağayev "APA-Economics"ə məlumatı təsdiqləyib: "Məlumat həqiqəti əks etdirir. Hələlik yeni iş yerimlə bağlı bir neçə variant üzərində düşünürəm".

R. Ağayev əlavə edib ki, hələlik şirkətin İdarə Heyəti sədri vəzifəsinə təyinat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol