Menu

Türkiyə İŞİD mövqelərinə zərbə vurdu: 11 ölü

28.04.2016, 23:33
Türkiyə İŞİD mövqelərinə zərbə vurdu: 11 ölü

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Suriyanın Cerablus şəhərində yerləşən İŞİD mövqelərinə hava zərbələri endirib. Axar.az xəbər verir ki, təşkil edilən əməliyyatlar nəticəsində 11 İŞİD-çi öldürülüb.

Məlumata görə, terrorçulara aid sığınacaqlar, silah-sursat anbarı da məhv edilib.

Qeyd edək ki, bir müddətdir İŞİD qruplaşması sözügedən ərazidən Türkiyənin Qaziantep şəhərinin Karkamış mahalını atəşə tuturdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol