Menu

Dağıstanın bir kəndində mərmi partlayıb

01.05.2016, 01:21
Dağıstanın bir kəndində mərmi partlayıb

AzPolitika.info qəzeti «Exo Moskvı» radiostansiyasına istinadla xəbər verir ki, şənbə günü Dağıstan Muxtar Respublikasının kəndlərindən birində artilleriya mərmisi partlayıb.

Respublika fövqəladə xidmət strukturlarının yaydığı xəbərə görə, partlayış nəticəsində bir uşaq həlak olub, ikisi uşaq olmaqla, dörd nəfər isə xəsarət alıb.

Məlumatda deyilir ki, mərmi fərdi yaşayış binasının həyətyanı sahəsində partlayıb. Digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol