Menu

Elnur Aslanovun nəzarətindəki sayt bağlandı

23.03.2014, 13:08
Elnur Aslanovun nəzarətindəki sayt bağlandı

Artıq bir həftədir ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəsmi internet səhifəsi bağlanıb. Bu barədə www.sam.az saytında məlumat verilib: “Texniki işlərlə bağlı saytın fəaliyyəti müvəqqəti dayandırılıb”.

Xatırladaq ki, bir həftə əvvəl prezident İlham Әliyevin sərəncamı ilə Administrasiyanın şöbə müdiri Elnur Aslanov vəzifəsindən azad olunub. SAM ısə qeyri-rəsmi olaraq Elnur Aslanovun kurasiyasında idi. Mərkəzin rəhbəri Fərhad Məmmədov da Elnur Aslanovun kadrı hesab olunur. Aslanovun vəzifədən azad olunmasından sonra SAM-ın rəsmi internet səhifəsinin fəaliyyətini dondurması gözlənilən idi. Hətta mətbuatda Elnur Aslanova yaxın internet portallarında prezident sərəncamının işıqlandırılmaması xəbəri də getmişdi. SAM-a yaxın etibarlı mənbə Aktual.az-a bildirib ki, saytın faliyyətinin dayandırılması bu qurumdakı qeyri müəyyənliklə bağlıdır.

Məsələ ilə bağlı SAM-dan mövqe öyrənmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol