Menu

​Rusiyada helikopter qəzası: 3 nəfər öldü

03.05.2016, 11:31
​Rusiyada helikopter qəzası: 3 nəfər öldü

Rusiyanın Kamçatka diyarında "Robinson-44" tipli helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi məlumat yayıb.

"Helikopterin bu modeli 4 nəfər üçün nəzərdə tutulub. "Robinson"dakı sərnişinlərin sayı məlum deyil. Hazırda qəza baş verən ərazidə axtarış davam etdirilir", - Baş İdarədən bildirilib.

Məlumata əsasən, hadisə Petropavlovsk-Kamçatkadan 80 km aralı, Rus buxtasının sahillərində baş verib.

Qəza ilə bağlı cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol