Menu

Xırdalanda fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb

04.05.2016, 12:23
Xırdalanda fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb

Fəhlə çalışan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 3-də Xırdalan şəhərində yeni tikilən binalardan birində fəhlə işləyən Abşeron rayon sakini Alim Alıyev həmin binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol