Menu

AKP-nin bayraq reklamına qarşı iddialar bitmir - VİDEO

24.03.2014, 20:30
AKP-nin bayraq reklamına qarşı iddialar bitmir - VİDEO

Türkiyədə son günlərin hadisəsi olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkiləri üçün çəkdirdiyi reklamın 2003-cü ildə Sony şirkətinin «playstation»un oyun aparatları üçün çəkilən «Dağ»ın (Mountain) oxşarı olduğu iddası irəli sürülüb.

Halbuki həm forma, həm də məzmun baxmından bu 2 reklam arasında böyük fərqlər var. Qeyd edək ki, məşhur türk şairi Akif Ərsoyun «İstiqlal marşı» şeirinin şairin öz səsi ilə səsləndirildiyi reklama qarşı bu çür hüçumlar yeni deyil.

Seçki roliki ekranlara çıxar-çıxmaz MHP və CHP-nin Ali Seçim Komissiyasına (Yüksək Seçim Kurulu) etdiyi şikayət əsasında qadağan olunmuşdu. Buna səbəb reklam rolikində səsləndirilən şüar olub. AKP qadağadan sonra reklamdakı şüardakı «Türkiyə bayrağı» kəlməsini çıxardaraq, «Millət əyilməz, Türkiyə yenilməz» kimi səsləndirib. Bu dəyişiklikdən sonra Radio Televiziya Üst Qurumu (RTÜK) reklamın KİV-də və internetdə yayımına icazə verib.

Xatırladaq ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu şedevr reklam rolikini çox bəyənib. Hətta AKP lideri telefon açaraq reklam şirkətinə şəxsən təşəkkürünü bildirib.

VAQİF

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol