Menu

Vasif Talıbov şəhid ailələrinə mənzil hədiyyə edib

06.05.2016, 23:50
Vasif Talıbov şəhid ailələrinə mənzil hədiyyə edib

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrini qəbul edib və onlara yeni mənzillər təqdim olunub.

Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir. Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulub, lazımi kommunal-məişət şəraiti yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol