Menu

Türkiyədə "canlı bomba" yaxalandı

07.05.2016, 11:20
Türkiyədə "canlı bomba" yaxalandı

25 yaşlı qadın Suriyada kamikadze təlimi alıb.

Türkiyədə kamikadze olmağa hazırlaşan gənc qız tutulub. Anspress-in məlumatına görə, Konya şəhərində PKK terror təşkilatının gənclik qolunun üzvü olan "Jinda" kod adlı Şırnak sakini 25 yaşlı Necla Y. və onunla əlaqədə olan 4 nəfər saxlanılıb. İddiaya görə, qadın Suriyada "canlı bomba" təlimi alıb. O, Konyada polisə qaraşı terror aktı həyata keçirməyə hazırlaşıb.

Şübhəli şəxs barədə polisə məlumat may ayının 5-də daxil olub. Polis şübhəli qadının axtarışda olan terrorçular siyahısında olduğunu müəyyən edib. Polis onun gəlib-getdiyi evlərdən birində əməliyyat keçirsə də qadını orada tapa bilməyib. Ev sahibinin telefonunda "Jinda" ilə olan fotolar aşkar edilib.

Bundan sonra polis daha bir neçə evdə əməliyyat həyata keçirib. Lakin onu tapmaq mümkün olmayıb. Saxlanılanlar onun kafelərdən birində olduğunu bildiriblər. Bundan sonra "Jinda"nı yaxalamaq mümkün olub. Qadınla bağlı araşdırma davam edir.

Məlumata görə, o polis idarəsi, polis əməkdaşlarının keçdiyi yollarla bağlı kəşfiyyat məlumatları toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol