Menu

Rusiyadan Azərbaycana silah keçirilməsinin qarşısı alınıb

07.05.2016, 13:44

1423252311_silahDövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Xarkov-Bakı sərnişin qatarı ilə Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin şəxsə aid əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd pnevmatik tapança, onun üçün nəzərdə tutulan 8 ədəd qaz balonu və 2 qutuda 1000 ədəd kürəciklər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol