“Onu yerə qoy, o mənim ərimdir”
Böyük Britaniyanın Lordlar palatasının üzvü Mişel Monun başına qəribə iş gəlib. Uşaq bilərək qucağına alıb şəkil çəkdirdiyi şəxsin 46 yaşlı evli kişi olduğu bəlli olub. ANS PRESS-in məlumatına görə, 44 yaşlı Mon Vyetnam səfəri zamanı ona gül dəstəsi bağışlayan uşağa qayğı göstərmək məqsədilə qucağına alıb. O hətta foto da çəkdirib. Lakin çox keçməmiş həmin şəxsin həyat yoldaşının “onu yerə qoy, o mənim ərimdir”,- deməsi ilə Mişel Mon özünü itirib.
Daha Sonra siyasətçi xanım öz şəxsi "Twitter" səhifəsində başına gələnləri belə şərh edib - “ən utancverici an. Onu 6 yaşlı uşaq sanmışdım. Qucağıma aldım. O isə kişi imiş”. Mişel Mon Daily Mail qəzetinə də bu barədə açıqlama verib.
“Həmin şəxs özünü çox rahat hiss edirdi və ətrafdakı hər kəs qəhqəhə ilə gülürdü. Mən nəyinsə səhv olduğunu düşündüm. Sonra fikir verdim ki, onun dişləri nikotindən saralıb”.




Şərhlər