Menu

Putin generalları toplayır

10.05.2016, 16:28

Vladimir_Putin_and_Serzh_Sargsyan_at_GyumriRusiya prezidenti Valdimir Putin Soçidə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Kompleksinin nümayəndələri ilə silsilə müşavirələr keçirəcək.Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Prezident bu gündən etibarən Soçidə işləyir. Bu gün Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Kompleksinin rəhbərliyi ilə növbəti – sayca yeddinci silsilə müşavirələr başlayacaq. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, onun burada hərbi rəhbərlər və MSK istehsalatçıları ilə görüşməsi yaxşı təcrübədir...”, - deyə Peskov bildirib.

Onun sözlərinə görə, silsilə müşavirələrə cümə günü yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol